Əfqanıstanda avtomobil partladılıb, 5 polis əməkdaşı ölüb - YENİLƏNİB

Əfqanıstanda avtomobil partladılıb, 5 polis əməkdaşı ölüb - YENİLƏNİB Bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Tarık Aryen bildirib
Digər ölkələr
13 Fevral , 2021 14:13
Əfqanıstanda avtomobil partladılıb, 5 polis əməkdaşı ölüb - YENİLƏNİB

Əfqanıstanın Kunar vilayətinin Çapa Dərə rayonunda yol kənarına yerləşdirilən bombanın partlaması nəticəsində 5 polis əməkdaşı ölüb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə vilayət məclisinin üzvü Din Məhəmməd Fazli bildirib.

Onun sözlərinə görə, bombanı “Taliban” qruplaşması üzvləri yerləşdirib.

11:52

Əfqanıstanın cənubundakı Qəndəhar vilayətində partlayıcı yüklənmiş avtomobilin partlaması nəticəsində 12 polis əməkdaşı yaralanıb.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Tarık Aryen bildirib.

Sözçü hücumun səbəbinin məlum olmadığını bildirib. Hadisənin məsuliyyətini heç bir silahlı qruplaşma üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi