Əfqanıstanda aviazərbələr nəticəsində 16 dinc sakin ölüb

Əfqanıstanda aviazərbələr nəticəsində 16 dinc sakin ölüb Ölənlərin hamısı Sanqin mahalında yaşayan eyni ailənin üzvləridir
Digər ölkələr
25 yanvar 2019 08:58
Əfqanıstanda aviazərbələr nəticəsində 16 dinc sakin ölüb

Bakı. 25 yanvar. REPORT.AZ/ Əfqanıstanın cənubundakı Hilmənd vilayətində hökumət qüvvələrinin aviazərbələri nəticəsində azı 16 dinc sakin ölüb.

Bu barədə "Report" "TOLOnews"a istinadən xəbər verir.

Ölkənin Müdafiə Nazirliyi hesab edir ki, ölənlərin hamısı Sanqin mahalında yaşayan eyni ailənin üzvləridir. Ölənlər arasında qadınlar və uşaqlar da var.

Nazirlik mahalda üç gündür genişmiqyaslı antiterror hərbi əməliyyat keçirildiyini bildirib.

Qurum hadisənin araşdırılmasına başlayıb.

Son xəbərlər

Orphus sistemi