Əfqanıstanın şərqində yerləşən Lahor əyalətinin bombalanması nəticəsində 8 mülki şəxs ölüb, 5-i yaralanıb.
“Report” “Tolo News”a istinadən xəbər verir ki, bunu əyalətin Baraki-Barak dairəsinin başçısı Vais Abdul Rəhimzay bildirib.
Onun sözlərinə görə, aviazərbəni Əfqanıstandakı beynəlxalq koalisiya qüvvələri endirib. O deyib ki, aviazərbələrin hədəfi “Taliban” hərəkatının mövqeləri olub.
Başçı qeyd edib ki, mülki vətəndaşların ölümünün araşdırılması üçün xüsusi komissiya yaradılıb.