Bakı. 13 avqust. REPORT.AZ/ Əfqanıstanın şimalında artilleriya atəşi nəticəsində 13 dinc sakin həlak olub.
"Report" xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.
Məlumatda qeyd olunur ki, hadisə Fəryab vilayətində baş verib. Ölənlərdən 10-u uşaq, 2-i qadın, 1-i kişidir.
Atəşin hansı qruplaşma tərəfindən açıldığı barədə məlumat verilmir.
Həmçinin qeyd olunur ki, atəş nəticəsində daha 3 nəfər yaralanıb.