Yuxarı

Əfqanıstanda antiterror əməliyyatı nəticəsində İŞİD-in 29 terrorçusu məhv edilib

Əməliyyat zamanı yerli sakinlər və təhlükəsizlik qüvvələrinin əməkdaşları arasında xəsarət alan olmayıb

Bakı. 20 sentyabr. REPORT.AZ/ Əfqanıstan Silahlı Qüvvələrinin havadan endirdikləri zərbələr nəticəsində terrorçu İŞİD qruplaşmasının 29 silahlısı öldürülüb.

"Report" "Khaama Press"ə istinadən xəbər verir ki, hökumət qüvvələri ölkənin şərqində yerləşən Nanqahar əyalətinin Xaska Mina, Kot, eləcə də Açin qəsəbəsini bombalayıb.

İnformasiyaya görə, əməliyyat zamanı yerli sakinlər və təhlükəsizlik qüvvələrinin əməkdaşları arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin iştirakı ilə iki aya yaxındır Nanqahar əyalətində terrorçu İŞİD qruplaşmasına qarşı əməliyyat keçirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi