Yuxarı
    Bağlamaq

    Əfqanıstanda Almaniya konsulluğuna hücumda əli olan şəxs saxlanılıb

    Təhlükəsizlik qüvvələri şübhəli şəxsin şəklini yayıb, lakin onun barədə əlavə məlumat verməyib

    Bakı. 14 noyabr. REPORT.AZ/ Əfqanıstan təhlükəsizlik qüvvələri Məzari-Şərif şəhərində Almaniya konsulluğuna hücum edən silahlılardan birinin saxlanılması barədə məlumat yayıb.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri şübhəli şəxsin şəklini yayıb, lakin onun barədə əlavə məlumat verməyib.

    Alman diplomatların konsulluq kimi istifadə etdiyi "Mazar Hotel" yaxınlığındakı ilk partlayışın ardından ikinci güclü partlayış binanın içində həyata keçirilib. Bundan sonra küçədə bina yaxınlığında atışma başlayıb.

    Hücum zamanı altı nəfər həlak olub, xeyli insan yaralanıb. Taliblərin nümayəndəsi bu hücumun ABŞ aviasiyasının Kunduz əyalətindəki hərəkətlərinə cavab olduğunu bildirib. 

    Qeyd edək ki, noyabrın 3-də ABŞ aviasiyasının həyata keçirdiyi bombardman zamanı 30-dan çox dinc sakin həlak olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi