İlk xəbər 04:05-də dərc olunub
Bakı. 2 oktyabr. REPORT.AZ/ Əfqanıstanın şərqində yerləşən Cəlalabad şəhər aeroportunda Amerikaya məxsus "Lockheed C-130 Hercules" hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə Birləşmiş Ştatların müdafiə idarəsində çalışan məmura istinadən "Reuters" məlumat yayıb.
Təyyarənin sərnişin və heyət üzvlərinin aqibəti barədə məlumat yoxdur.
***
"Reuters"in məlumatına görə, qəza nəticəsində 10 nəfər həyatını itirib.
Hazırda insidentin araşdırılması gedir, təyyarənin vurulması barədə məlumat daxil olmayıb.
Bildirilir ki, ölənlərdən 5-i heyət üzvü, digər 5 nəfəri isə müqavilə ilə Əfqanıstanda işləyən mülki şəxslər olub.
Öz növbəsində, AFP informasiya agentliyi məlumat yayıb ki, aviaqəza nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.