Əfqanıstanda ABŞ-ın aviazərbələri və "Taliban" silahlılarının hücumları zamanı 50 nəfər ölüb

Əfqanıstanda ABŞ-ın aviazərbələri və "Taliban" silahlılarının hücumları zamanı 50 nəfər ölüb Bakı. 7 avqust. REPORT.AZ/ Əfqanıstanın şərqindəki Lövgər vilayətində ABŞ Hərbi Hava Qüvvələrinin aviazərbələri və radikal "Taliban" hərəkatının silahlılarının təşkil etdiyi hücumlar zamanı 50 mülki sakin və təhlükəsizlik xidməti əməkdaşı ölüb.
Digər ölkələr
7 Avqust , 2018 10:59
Əfqanıstanda ABŞ-ın aviazərbələri və Taliban silahlılarının hücumları zamanı 50 nəfər ölüb
AP Photo / Rahmat Gul

Bakı. 7 avqust. REPORT.AZ/ Əfqanıstanın şərqindəki Lövgər vilayətində ABŞ Hərbi Hava Qüvvələrinin aviazərbələri və radikal "Taliban" hərəkatının silahlılarının təşkil etdiyi hücumlar zamanı 50 mülki sakin və təhlükəsizlik xidməti əməkdaşı ölüb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Vilayət Şurasının üzvü Abdul Vali Vakila hərəkat silahlılarının Azra rayonunda gecə saatlarında koordinasiyalı hücumlar həyata keçirdiyini, nəticədə 35 təhlükəsizlik xidməti əməkdaşı və mülki şəxsin öldürüldüyünü bildirib.

Onun sözlərinə görə, daha 15 polis əməkdaşı ABŞ aviasiyasının onların nəzarət-buraxılış məntəqəsinə endirdiyi aviazərbələr zamanı ölüb.

Son xəbərlər

Orphus sistemi