Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat zamanı bir ABŞ hərbçisi həlak olub, daha bir neçə nəfər yaralanıb

Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat zamanı bir ABŞ hərbçisi həlak olub, daha bir neçə nəfər yaralanıb Yaralılar təxliyyə edilərək hospitala yerləşdiriliblər
Digər ölkələr
17 Avqust , 2017 00:55
Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat zamanı bir ABŞ hərbçisi həlak olub, daha bir neçə nəfər yaralanıb
Flickr

Bakı. 17 avqust. REPORT.AZ/ Əfqanıstanın şərqində İŞİD terror qruplaşmasına qarşı əməliyyat zamanı ABŞ-ın bir hərbçisi həlak olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə NATO-nun keçirdiyi "Qətiyyətli dəstək" əməliyyatının qərargahı bildirib. 

"Əfqanıstanın şərqində ABŞ və əfqan hərbi birləşmələrinin keçirdiyi birgə əməliyyat zamanı bir hərbi qulluqçu aldığı xəsarətdən həlak olub", - deyə xəbərdə qeyd olunur.

Bundan əlavə, əməliyyat zamanı həmçinin ABŞ və Əfqanıstanın bir neçə hərbçisi də xəsarət alıb. Onlar təxliyyə edilərək hospitala yerləşdiriliblər.

NATO təfərrüatları açıqlamayıb.

Son xəbərlər

Orphus sistemi