​Əfqanıstanın şərqində ABŞ hərbçilərinin silah-sursatları İŞİD-in əlinə keçib

​Əfqanıstanın şərqində ABŞ hərbçilərinin silah-sursatları İŞİD-in əlinə keçib Hadisə şərqi Nanqarxar vilayətində baş verib
Digər ölkələr
9 Avqust , 2016 22:59
​Əfqanıstanın şərqində ABŞ hərbçilərinin silah-sursatları İŞİD-in əlinə keçib

Bakı. 9 avqust. REPORT.AZ/ İŞİD Əfqıstanda ABŞ-ın silahlarını və döyüş sursatlarını ələ keçirib.

"Report"un məlumatına görə, bu barədə Amerikanın "CNN" telekompaniyası xəbər yayıb.

Məlumata görə, iyulda Əfqanıstanın şərq hissəsini işğal edən terrorçular geri çəkilməyə məcbur olmuş ABŞ hərbçilərinin atıb getdikləri silahları və döyüş sursatlarını ələ keçiriblər.

Telekanalın Pentaqondakı mənbəyə istinadən yaydığı xəbərə görə, hadisə şərqi Nanqarxar vilayətində, iyulun 25-də baş verib. ABŞ hərbçiləri yaralıları təxliyə etməyə müvəffəq olublar. Amerika əsgərlərinin olduğu yer ekstremistlərin atəşinə məruz qalıb.

"ABŞ əsgərləri dərhal geri çəkilmək və silahları atıb getmək məcburiyyəti ilə üzləşiblər" – deyə telekompaniyanın jurnalisti Barbara Starr bildirib.

Bundan sonra silah-sursatlar İŞİD yaraqlılarının əlinə keçib.

Son xəbərlər

Orphus sistemi