Bakı. 24 mart. REPORT.AZ/ Əfqanıstanın şərqində Amerikaya məxsus pilotsuz təyyarələrin endirdiyi raket zərbələri nəticəsində Pakistan "Taliban"ı ilə əlaqəli olan doqquz nəfər ölüb.
"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, bombardıman Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətində baş verib.
NATO-nun Kabildəki mətbuat xidməti faktı təsdiqləyib.