Əfqanıstanda 9 "Taliban" döyüşçüsü öldürülüb

Əfqanıstanda 9 "Taliban" döyüşçüsü öldürülüb Əməliyyat zamanı həmçinin 3 səhra komandiri tutulub
Digər ölkələr
7 Yanvar , 2018 14:58
Əfqanıstanda 9 Taliban döyüşçüsü öldürülüb

Bakı. 7 yanvar. REPORT.AZ/ Əfqanıstanın təhlükəsizlik qüvvələrinin Gilmənd vilayətində keçirdiyi xüsusi əməliyyat nəticəsində "Taliban" radikal qruplaşmasının 9 döyüşçüsü öldürülüb.  

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Xidmətinin bəyanatında məlumat verilib.

Məlumatda qeyd edilir ki, əməliyyat zamanı daha 18 silahlı yaralanıb.

Həmçinin bildirilir ki, "Taliban" qruplaşmasının 3 səhra komandiri tutulub. Bununla yanaşı, silah və partlayıcı qurğular ələ keçirilib. 

Son xəbərlər

Orphus sistemi