Yuxarı

Əfqanıstanda 8 "Taliban" yaraqlısı məhv edilib

Qarşıdurmalar zamanı, həmçinin iki polis və doqquz yaraqlı yaralanıb

Bakı. 25 iyun. REPORT.AZ/ Əfqanıstanın şimal-şərqində təhlükəsizlik qüvvələri ilə "Taliban" radikal qruplaşması arasında qanlı qarşıdurma olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, qarşıdurma nəticəsində 8 "Taliban" yaraqlısı məhv edilib. Eyni zamanda 3 polis əməkdaşı həyatını itirib.

Şimal əyalətlər üzrə polis nümayəndəsi Şir Aziz Kamavalın bildirdiyinə görə, cümə günü Bədəxşan vilayətində başlayan qarşıdurmalar zamanı, həmçinin iki polis və doqquz yaraqlı yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi