Yuxarı

​Əfqanıstanda 60 terrorçu zərərsizləşdirilib

Öldürülənlərlə yanaşı 38 yaraqlı yaralanıb

Bakı. 20 may. REPORT.AZ/ Əfqanıstan hakimiyyəti ölkə ordusu tərəfindən ən azı 60 terrorçunun öldürüldüyü barədə məlumat yayıb.

"Report" xəbər verir ki, bu, ölkənin bir sıra əyalətlərində, eləcə də, Laqman, Baqlan, Tahar, Gündüz, Faryab, Badahşan, Sari-Pul, Cauzcan, Fərəh, Hilmənd və Nimrozda aparılan xüsusi əməliyyatlar nəticəsində mümkün olub.

Öldürülənlərlə yanaşı, daha 38 yaraqlı yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi