Bakı. 27 sentyabr. REPORT.AZ/ Əfqanıstanda Taliban təşkilatının 60 üzvü öldürülüb.
“Report”un RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, hökümət qüvvələri ilə Taliban döyüşçüləri arasında silahlı qarşıdurmanın ölkənin müxtəlif bölgələrində baş verdiyi bildirilir.
34 Taliban üzvünün yaralandığı, 13-ünün isə tutulduğu döyüşlər zamanı hökümət qüvvələrinə məxsus 7 hərbçinin də qətlə yetirildiyi də qeyd olunur.