Yuxarı

​Əfqanıstanda 6 nəfər selin qurbanı olub

Məhəmməd Nasir Kozdaq bildirib ki, yüzlərlə ev su altında qalıb

Bakı.8 aprel. REPORT.AZ/ Əfqanıstanın şimalında - Baqlan əyalətində baş verən sel nəticəsində 6 nəfər ölüb.

"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu haqda əyalətin polis idarəsinin nümayəndəsi Cavid Bəşarat bildirib.

Onun sözlərinə görə, sel nəticəsində çoxlu sayda sakin xəsarət alıb: "Su axını bir neçə vətəndaşımızı aparıb. Axtarış-xilasetmə işləri davam etdirilir".

Təbii fəlakətlərə qarşı mübarizə idarəsinin başçısı Məhəmməd Nasir Kozdaq bildirib ki, yüzlərlə ev su altında qalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi