Yuxarı

Əfqanıstan-Pakistan sərhədində baş verən zəlzələ nəticəsində onlarla insan xəsarət alıb - YENİLƏNİB

Təkanların Pakistan və Hindistanda da hiss edildiyi qeyd olunur

Bakı. 26 dekabr. REPORT.AZ/ Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 41 nəfərə çatıb. "Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu gecə onlarla insan xəstəxanalara yerləşdirilib.

Əfqanıstanın şimalında baş verən 6,2 bal gücündəki zəlzələ qonşu dövlətlərdə, xüsusi ilə Pakistanda hiss olunub.

*** 00.04

Bakı. 26 dekabr. REPORT.AZ/ Əfqanıstanın şimalında 6,2 bal gücündə zəlzələ baş verib.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu haqda ABŞ Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri İşkaşim şəhərindən 33 km cənub-qərbdə yerləşib. Təbii fəlakətin ocağı 200 km dərinlikdə olub.

Təkanların Pakistan və Hindistanda da hiss edildiyi qeyd olunur. 

Xəsarət alanlar və dağıntılar haqda məlumat verilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi