Yuxarı

​Əfqanıstanda 52 nəfər torpaq sürüşməsinin qurbanı olub

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır

Bakı. 28 aprel. REPORT.AZ/ Əfqanıstanın şimal-şərqində - Bədəxşan əyalətində torpaq sürüşməsindən sonra azı 52 nəfərin meyiti uçqun altından çıxarılıb. "Report" xəbər verir ki, bu haqda Əfqanıstan KİV-i məlumat yayıb.

Dağıntılar altından çıxarılanların 25-i qadın, 22-si uşaq, 5-i kişi meyitidir. 

Məlumatda bildirilib ki, güclü qar yağdığından yollar bağlanıb və axtarış-xilasetmə əməliyyatı aparmaq çətinləşib.

Xatırladaq ki, ötən ilin mayında 350 nəfər Bədəxşan əyalətinin Arqu rayonunda baş vermiş torpaq sürüşməsinin qurbanı olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi