Bakı. 12 fevral. REPORT.AZ/ Əfqanıstan təhlükəsizlik qüvvələrinin keçiridiyi antiterror əməliyyat nəticəsində azı 36 qanunsuz silahlı öldürülüb, 25-i yaralanıb.
"Report" "Sinxua"ya istinadən xəbər verir ki, bu haqda Əfqanıstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, əməliyyat zamanı 4 silahlı saxlanılıb. Terrorçulardan silah-sursat və mina götürülüb. Minalar zərərsizləşdirilib.