Əfqanıstanda 36 İŞİD terrorçusu məhv edilib

Əfqanıstanda 36 İŞİD terrorçusu məhv edilib Əməliyyat zamanı 20-dən çox silahlı yaralanıb
Digər ölkələr
25 Yanvar , 2017 23:33
Əfqanıstanda 36 İŞİD terrorçusu məhv edilib

Bakı. 25 yanvar. REPORT.AZ/ Əfqanıstanda son sutka ərzində baş vermiş döyüşlər zamanı İŞİD terror qruplaşmasının 36 silahlısı məhv edilib.

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi Əfqanıstanın Müdafiə Nazirliyinə istinadən xəbər verib.

Güc strukturunun məlumatına əsasən, hərbçilər Zabul vilayətinin Haki Əfqan və Şamalzay rayonlarında reyd keçiriblər. Əməliyyat zamanı 20-dən çox silahlı yaralanıb.

Yerli mənbənin məlumatına görə, İŞİD-in yüzlərlə yaraqlısı ailələri ilə birlikdə son bir neçə ay ərzində Zabulun Dex Çoban və digər ərazilərind ə yerləşiblər.

Son xəbərlər

Orphus sistemi