Yuxarı

Əfqanıstanda 34 İŞİD terrorçusu öldürülüb

Nangarhar vilayətində anti-terror əməliyyatı aparılıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Əfqanıstanın şərqində yerləşən Nangarhar vilayətində İŞİD terror təşkilatına qarşı aparılan əməliyyat zamanı 34 yaraqlı öldürülüb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə vilayət qubernatorunun mətbuat katibi Ataullah Hogyani məlumat verib.

O, bölgədə əməliyyatların davam etdiyini qeyd edib.

Təxminən bir həftə əvvəl də Nangarharın Açın rayonunda İŞİD-ə qarşı həyata keçirilən hava hücumu nəticəsində 56 terrorçu öldürülmüşdü.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi