Yuxarı
    Bağlamaq

    Əfqanıstanda 33 dinc sakin oğurlanıb

    Oğurlananların yeri məlum deyil

    Bakı. 10 sentyabr. REPORT.AZ/ "Taliban" hərəkatının və İŞİD terror qruplaşmasının silahlıları Əfqanıstanın şimalındakı Cauzdan vilayətində, Quş Təpə rayonunda 33 dinc sakini oğurlayıb.

    "Report"un "Anadolu"ya istinadən məlumatına görə, bu barədə Quş Təpə administrasiyasının rəhbəri Aminulla Amin xəbər verib.

    Bildirilir ki, dinc sakinlərdən 13-ü Çakma Çuxur yaşayış məntəqəsində oğurlanıb. İŞİD silahlıları Quş Təpədən Şibarqan şəhərinə gedən nəqliyyat vasitəsini saxlayaraq, sərnişinləri taliblərlə əlaqədə ittiham ediblər. Bundan sonra onları oğurlayıblar.

    Eyni zamanda taliblər də Quş Təpənin Qardan vilayətində 20 dinc sakini İŞİD-lə əlaqədə ittiham edərək oğurlayıblar. Dinc sakinlərin olduğu avtobus Cauzdan vilayətinin Derzab rayonundan Şibarqana gedirmiş.

    Aminin sözlərinə görə, oğurlananların yeri məlum deyil. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi