Bakı. 1 aprel. REPORT.AZ/ Əfqanıstanın cənubunda yerləşən Qəndəhar əyalətində xüsusi təyinatlı qüvvələr tərəfindən aparılan əməliyyat nəticəsində azı 30 "Taliban" silahlısı məhv edilib, daha 10-u yaralanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü əyalətin polis rəisi general Abdul Raziqə istinadən "The Khaama Press" nəşri məlumat yayıb.
Əməliyyat cümə günü gecə yarısı Mayvand rayonunda aparılıb.
"Reyd zamanı yaraqlıların 10 sığınacağı məhv edilib, həmçinin azı 30 yaraqlı öldürülüb, daha 10-u yaralanıb", - deyə o bildirib.