Yuxarı

Əfqanıstanda 25 "talibançı" məhv edilib

Terrorçular ölkənin şimalındakı Qunduz şəhərində hökumət qüvvələri ilə atışmada öldürülüblər

Bakı. 4 oktyabr. REPORT.AZ/ Əfqanıstanın güc strukturları "Taliban" qruplaşmasının 25 silahlısını məhv edib.

"Report"un məlumatına görə, bu barədə "Tolo" telekanalı xəbər yayıb.

Məlumata görə, terrorçular ölkənin şimalındakı Qunduz şəhərində hökumət qüvvələri ilə baş vermiş atışmada öldürülüblər.

"Qunduz polisinin şefi, general Qasim Canqalbah bildirib ki, şəhərdə təhlükəsizlik qüvvələri ilə baş vermiş atışmada 25 "talibançı" məhv ediolib" – deyə telekanal "Twitter"-də məlumat yayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi