Yuxarı
    Bağlamaq

    Əfqanıstanda 25 İŞİD döyüşçüsü məhv edilib

    Ölənlər arasında İŞİD-in iki səhra komandiri də olub

    Bakı. 31 dekabr. REPORT.AZ / Əfqanıstan hərbi hava qüvvələri 25 İŞİD döyüşçüsünü məhv edib.

    "Report"un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ölkənin şərqindəki Nangarhar şəhərinin Heski Meen mahalının Divane Baba, Sandokçe və Şihano Qala bölgələrində M-17 və MD-530 vertolyotları ilə təşkil edilən hava hücumları zamanı 25 İŞİD üzvü ölüb, 31 nəfər yaralanıb.

    Məlumatda qeyd edilib ki, ölənlər arasında İŞİD-in bölgədəki iki səhra komandiri də olub. Gecə saatlarında başlayan və səhərə qədər davam edən hava hücumlarında İŞİD-in ərazidə silah-sursatla dolu dörd avtomobili vurulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi