​Əfqanıstanda 15 "Taliban" silahlısı zərərsizləşdirilib

​Əfqanıstanda 15 "Taliban" silahlısı zərərsizləşdirilib Daha geniş əməliyyatlar şərqi və mərkəzi əyalətlərdə aparılıb
Digər ölkələr
17 Noyabr , 2014 06:40
​Əfqanıstanda 15 Taliban silahlısı zərərsizləşdirilib
Bakı. 17 noyabr. REPORT.AZ/. Əfqanıstanda sutka ərzində aparılan anti-terror əməliyyatları nəticəsində "Taliban" terror qruplaşmasının 15 döyüşçüsü məhv edilib, beşdən artıq silahlı ələ keçib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polisin məlumatına görə, daha geniş təmizləmə əməliyyatı Əfqanıstanın şərqi və mərkəzi əyalətlərində aparılıb.

Əməliyyatlar zamanı Əfqanıstan Ordusunun iki əsgəri həlak olub.

Son xəbərlər

Orphus sistemi