Əfqanıstanda 11 terrorçu edam edilib

Əfqanıstanda 11 terrorçu edam edilib Qərar mayın 31-də Kabulda törədilən terror aktından sonra icra olunub
Digər ölkələr
1 İyun , 2017 14:54
Əfqanıstanda 11 terrorçu edam edilib
Tass.ru

Bakı. 1 iyun. REPORT.AZ/ “Haqqani şəbəkəsi” qruplaşması və “Taliban” hərəkatı ilə əlaqəli olan 11 terrorçu barəsində çıxarılan edam hökmü iyunun 1-də icra edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Prezidenti Əşrəf Qəni sərəncam imzalayıb.

Qərar mayın 31-də Kabulda törədilən terror aktından sonra icra olunub.

Əfqanıstan Milli Təhlükəsizlik Direktorluğu bildirib ki, bu terror aktı “Haqqani şəbəkəsi” tərəfindən planlaşdırılıb. Bu qruplaşma isə Pakistanın Şimali Vəziristan əyalətində yerləşir və Əfqanıstanda hakimiyyət uğrunda mübarizə aparır.

Qeyd edək ki, mayın 31-də törədilən terror aktı nəticəsində 90 nəfər ölüb, 380 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi