Yuxarı

​Əfqanıstanda 10-dan çox İŞİD terrorçusu zərərsizləşdirilib

Terrorçuların mövqelərinə havadan zərbə endirilib

Bakı. 27 mart. REPORT.AZ/ Əfqanıstanın şərqində İŞİD terror təşkilatının ən azı 11 üzvü zərərsizləşdirilib.

"Report" xəbər verir ki, bu barədə bazar günü yerli administrasiya nümayəndələrinə istinadən "Khaama" agentliyi məlumat yayıb.

Yaraqlıların Nanqarhar əyalətindəki mövqelərinə hava zərbələri şənbə günü endirilib. Öldürülənlər arasında vətəndaşlığı açıqlanmayan bir əcnəbi də olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi