Əfqanıstan və Pakistanda güclü zəlzələ baş verib, ölən və yaralananlar var

Əfqanıstan və Pakistanda güclü zəlzələ baş verib, ölən və yaralananlar var İslamabadda bütün dövlət qurumları boşaldılıb
Digər ölkələr
31 Yanvar , 2018 12:52
Əfqanıstan və Pakistanda güclü zəlzələ baş verib, ölən və yaralananlar var
ToloNews

Bakı. 31 yanvar. REPORT.AZ/ Bu gün səhər saatlarında Əfqanıstanda 6,1 bal gücündə zəlzələ olub.

"Report" "ToloNews"a istinadən xəbər verir ki, ölkənin böyük hissəsini əhatə edən yeraltı təkanlar nəticəsində yerli sakinlər tələsik evlərini tərk edərək çölə çıxıblar.

Paytaxt Kabildə iki güclü təkan olub, insanlar küçələrə çıxıblar.

Zəlzələnin episentri ölkənin şimalında - Bədaxşan əyalətində, Hindiquş dağlarında, Pakistanla sərhəddə qeydə alınıb.

Zəlzələ qonşu Pakistanda da baş verib. Nəticədə sərhəddə bir nəfər ölüb, daha 9 nəfər xəsarət alıb. Bela şəhərində bir fərdi evin dam örtüyü çöküb.

Pakistanın böyük şəhərlərinin sakinləri yeraltı təkanları hiss ediblər. Paytaxt İslamabadda bütün dövlət qurumları boşaldılıb.

Son xəbərlər

Orphus sistemi