FTX: Əfqanıstan və MDB ölkələrinin sərhədində 5 min İŞİD silahlısı toplaşıb

FTX: Əfqanıstan və MDB ölkələrinin sərhədində 5 min İŞİD silahlısı toplaşıb Əfqanıstanın MDB ilə həmsərhəd şimal vilayətlərinə terrorçuların toplanması xüsusilə narahatlıq doğurur. Bu bölgələrdə İŞİD-in qolu olan Vilayət Xorasan qruplaşması artıq 5 minə yaxın silahlı toplayıb.
Digər ölkələr
21 May , 2019 11:44
FTX: Əfqanıstan və MDB ölkələrinin sərhədində 5 min İŞİD silahlısı toplaşıb

"Əfqanıstanın MDB ilə həmsərhəd şimal vilayətlərinə terrorçuların toplanması xüsusilə narahatlıq doğurur. Bu bölgələrdə İŞİD-in qolu olan "Vilayət Xorasan" qruplaşması artıq 5 minə yaxın silahlı toplayıb".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov Düşənbədə keçirilən MDB-yə üzv dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərlərinin Şurasının iclasının açılışında deyib.

Onun sözlərinə görə, silahlıların böyük hissəsini Suriyada döyüşmüş MDB ölkələrinin vətəndaşları təşkil edir.

A.Bortnikov bildirib ki, beynəlxalq terrorçuların Şimali Afrikada və Asiyada özlərinə yeni fəaliyyət sahələri yaratması getdikcə dayanıqlı xarakter alır.

Son xəbərlər

Orphus sistemi