İstanbulda keçirilməli olan Əfqanıstan üzrə konfrans təxirə salındı

İstanbulda keçirilməli olan Əfqanıstan üzrə konfrans təxirə salındı “Taliban” iştirakdan imtina edib
Digər ölkələr
20 Aprel , 2021 17:24
İstanbulda keçirilməli olan Əfqanıstan üzrə konfrans təxirə salındı

Əfqanıstanda sülhün bərpası üzrə aprelin sonunda Türkiyədə keçirilməli olan beynəlxalq konfrans təxirə salınıb.

“Report” xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı bu gün Əfqanıstanın Milli Barışıq Ali Komissiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, İstanbulda keçirilməli olan Əfqanıstan üzrə konfrans “Taliban” radikal hərəkatının nümayəndələrinin iştirakdan imtina etməsi səbəbindən təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi