Yuxarı
    Bağlamaq

    Əfqanıstan Silahlı Qüvvələri son sutka ərzində 90-dan çox silahlını məhv edib

    Ölkənin cənub-şərqində yerləşən Paktika vilayətində 70 silahlı öıdürülüb

    Bakı. 13 avqust. REPORT.AZ/ Əfqanıstan Silahlı Qüvvələri son sutka ərzində ölkənin bir sıra vilayətlərində apardığı hərbi əməliyyatlar zamanı 92 silahlını məhv edib.

    "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Əfqanıstan Müdafiə Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.

    Öldürülən silahlılar arasında ölkənin cənub-şərqində, Pakistanla sərhəd ərazidə yerləşən Paktika vilayətinin ayrı-ayrı rayonlarında 40 nəfər itki vermiş "Taliban" radikal qruplaşmasının üzvləri də var. Nazirliyin məlumatında, həmçinin elə bu vilayətdə hansı qruplaşmaya aid olduğu göstərilməyən daha 30 silahlının məhv edildiyi bildirilir. Vurğulanır ki, öldürülmüş silahlıların 9-u əcnəbi olub.

    Xatırladaq ki, Əfqanıstanda son aylarda vəziyyət xeyli pisləşib. Əvvəllər əsasən kənd və rayonlarda əraziləri nəzarətdə saxlayan "Taliban"çılar indi böyük şəhərlərə hücuma başlayıblar. Eyni zamanda, ölkədə İŞİD terror qruplaşmasının təsir qüvvəsi də artıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi