Əfqanıstan səfirliyi Hindistan paytaxtındakı fəaliyyətini dayandırdığını açıqlayıb

Əfqanıstan səfirliyi Hindistan paytaxtındakı fəaliyyətini dayandırdığını açıqlayıb Hindistanın Xarici İşlər Nazirliyi Əfqanıstan səfirliyinin şənbə gününə qədər Hindistanın paytaxtındakı fəaliyyətini dayandırmaq planlarından bəhs edən məktubu araşdırır.
Digər ölkələr
29 Sentyabr , 2023 20:28
Əfqanıstan səfirliyi Hindistan paytaxtındakı fəaliyyətini dayandırdığını açıqlayıb

Hindistanın Xarici İşlər Nazirliyi Əfqanıstan səfirliyinin şənbə gününə qədər Hindistanın paytaxtındakı fəaliyyətini dayandırmaq planlarından bəhs edən məktubu araşdırır.

“Report” xəbər verir ki, bu barədə nazirliyin rəsmi nümayəndəsi məlumat verib.

Xatırladaq ki, Hindistan 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hökumətini tanımır. ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ərəfəsində Hindistan öz əməkdaşlarını Kabildən təxliyə edib və artıq orada diplomatik missiyası yoxdur.

Son xəbərlər

Orphus sistemi