Əfqanıstan prezidenti və baş naziri səs verib

Əfqanıstan prezidenti və baş naziri səs verib Bu gün Əfqanıstanda keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Məhəmməd Əşrəf Qani və baş nazir Abdullah Abdullah da səs veriblər.
Digər ölkələr
28 Sentyabr , 2019 10:44
Əfqanıstan prezidenti və baş naziri səs verib

Bu gün Əfqanıstanda keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Məhəmməd Əşrəf Qani və baş nazir Abdullah Abdullah da səs veriblər.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, ölkə prezidenti səsvermə hüququndan Kabildəki prezident iqamətgahının yaxınlığındakı məktəbdə yerləşən məntəqədə istifadə edib.

Əfqanıstanın dövlət başçısı jurnalistlərə açıqlamasında səsvermə məntəqələrinə gələn bütün vətəndaşlara, habelə onların təhlükəsizliyi üçün çalışan güc qurumları əməkdaşlarına təşəkkür edib. O həmçinin seçkilərin keçirilməsində beynəlxalq tərəfdaşların dəstəyini də yüksək qiymətləndirib.

Baş nazir isə rəsmi şəxsləri səsvermə prosesinə müdaxilə etməməyə çağırıb.

Qeyd edək ki, “Taliban” hərəkatının seçkilərə yol verməyəcəyi barədə bəyanatını nəzərə alaraq səsvermə məntəqələrində ciddi təhlükəsizlik tədbirləri görülüb. Bir qədər əvvəl ölkənin cənubundakı Qəndəhar şəhərində səsvermə məntəqəsinin qarşısında baş verən partlayış zamanı 15 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi