Əfqanıstan Prezidenti: "Taliban" daha da qəddarlaşıb"

Əfqanıstan Prezidenti: "Taliban" daha da qəddarlaşıb" “Bəziləri bildirirlər ki, “Taliban” dəyişib. Bəli, onlar dəyişib, onlar daha qəddar olublar”.
Digər ölkələr
2 Avqust , 2021 12:49
Əfqanıstan Prezidenti: Taliban daha da qəddarlaşıb
0 : 00
0 : 00

“Bəziləri bildirirlər ki, “Taliban” dəyişib. Bəli, onlar dəyişib, onlar daha qəddar olublar”.

“Report” “Tolonews”a istinadən xəbər verir ki, bunu Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani parlamentin iclasındakı çıxışında bildirib.

Onun sözlərinə görə, döyüşdə şərait dəyişməyənədək “Taliban” danışıqlar masasına qayıtmaq istəyini göstərməyəcək.

“Taliban” qruplaşmasının nümayəndəsi Zabiullah Mücahid Prezident Əşrəf Qaninin çıxışına münasibət bildirərək tviter səhifəsində yazıb: “Əşrəf Qaninin çıxışı əsassızdır. O, qorxu və ağlamalı şərait yaratmaqla vəziyyətə nəzarət etməyə cəhd göstərir. Müharibə elan etmək, ittiham və yalanlar Əşrəf Qaninin hakimiyyətini uzatmayacaq. Onun müddəti başa çatıb”.

Son xəbərlər

Orphus sistemi