Əfqanıstan prezidenti silahlı müxalifətlə sülh razılaşması imzalayıb

Əfqanıstan prezidenti silahlı müxalifətlə sülh razılaşması imzalayıb Bu partiyanın silahlıları hələ keçmiş SSRİ-nin qoşununa qarşı mübarizə aparıb
Digər ölkələr
29 Sentyabr , 2016 11:45
Əfqanıstan prezidenti silahlı müxalifətlə sülh razılaşması imzalayıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Əfqanıstan prezidenti Əşrəf Qəni Əhmədzay sentyabrın 29-da İslam Partiyası ilə sülh razılaşmasına imza atıb.

"Report" "Tolo News" telekanalına istinadən xəbər verir ki, Əfqanıstanın ən böyük silahlı müxalifəti, İslam Partiyasının lideri Gülbəddin Hikmətyar bu sənədi sentyabrın 28-də imzalayıb.

Qeyd edək ki, sülh razılaşmasının ilkin variantı sentyabrın 22-də hökumət və müxalifəti təmsil edən nümayəndə heyəti tərəfindən ölkə paytaxtı Kabulda keçirilən danışıqdan sonra bəyənilib.

Xatırladaq ki, G.Hikmətyarın partiyası hələ keçmiş SSRİ-nin qoşununa qarşı mübarizə aparıb. O, 1993-1994-cü illərdə Əfqanıstanın baş naziri olub. 2003-cü ildə ABŞ İslam Partiyasının liderini "terrorçular siyahısı"na daxil edib.

Onun başçılıq etdiyi silahlı təşkilat döyüşçülərinin sayına və gücünə görə, Əfqanıstanda "Taliban"dan sonra ikinci sayılır. Gülbəddin Hikmətyarın yeri isə məlum deyil. Qərbin bəzi xüsusi xidmət orqanları onun Pakistan ərazisində olduğunu iddia edirlər. 

Son xəbərlər

Orphus sistemi