Əfqanıstan Prezidenti pullarını özü ilə götürə bilməyib

Əfqanıstan Prezidenti pullarını özü ilə götürə bilməyib Əfqanıstanın Prezidenti Əşrəf Qani ölkəni tərk edərkən 4 maşın dolu pulu özü ilə hava limanına gətirib.
Digər ölkələr
16 Avqust , 2021 13:06
Əfqanıstan Prezidenti pullarını özü ilə götürə bilməyib
Əşrəf Qani

Əfqanıstan Prezidenti Əşrəf Qani ölkəni tərk edərkən 4 maşın dolu pulu özü ilə hava limanına gətirib.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Əfqanıstandakı səfirliyindən “RİA Novosti”yə məlumat veriblər.

Bildirilib ki, Ə.Qani 4 maşın dolu pulu özü ilə aeroporta gətirsə də, bütün pulları özü ilə aparmağa müvəffəq ola bilməyib.

“Pulların bir hissəsi uçuş zolağında qalıb”, - məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi