Əfqanıstan prezidenti Pakistana səfərlə bağlı dəvətdən imtina edib

Əfqanıstan prezidenti Pakistana səfərlə bağlı dəvətdən imtina edib Əşrəf Qəni Əhmədzay Pakistandan terrorda şübhəli bilinənləri Əfqanıstana verməyi tələb edir
Digər ölkələr
4 May , 2017 11:35
Əfqanıstan prezidenti Pakistana səfərlə bağlı dəvətdən imtina edib

Bakı. 4 may. REPORT.AZ/ Əfqanıstan prezidenti Əşrəf Qəni Əhmədzay Pakistana səfər dəvətindən imtina edib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bunu yerli televiziyalardan birinə müsahibəsində bildirib.

“Məzari-Şərif, Amerikanın Kabul Universiteti, Qəndahardakı terrorları törədənləri bizə təhvil verməyənədək mən Pakistana səfər etməyəcəyəm”,- deyə Əfaqnıstan prezidenti vurğulayıb.

İnformasiyaya əsasən, Əşrəf Qəni Kabulda Pakistanın nümayəndə heyəti ilə görüşdə onlardan qonşu ölkə ərazisindəki “Taliban” hərəkatı döyüşçülərinə qarşı konkret tədbirlər görüməyi tələb edib.

Məlumata görə, Pakistan tərəfi Əfqanıstan liderinin bu bəyanatına hələlik rəsmi münasibət bildirməyib. Ancaq bir müddət əvvəl rəsmi İslamabad bu il fevralın 16-da Pakistanın Sind əyalətinin Sehvan şəhərində sufi məscidində törədilən terrorun Əfqanıstan ərazisində hazırlanmasına görə ittiham etmişdi.

Qeyd edək ki, həmin terror aktı nəticəsində 88 nəfər ölmüş, 300-dən çox insan yaralanmışdı. Terrorun məsuliyyətini isə “Cəmaat-ül Əhrar” qruplaşması üzərinə götürmüşdü. 

Son xəbərlər

Orphus sistemi