Əfqanıstan prezidenti: “Pakistan və Rusiya “Taliban” hərəkatına silah və pul verir”

Əfqanıstan prezidenti: “Pakistan və Rusiya “Taliban” hərəkatına silah və pul verir” Məhəmməd Əşrəf Qəni “Taliban”ı öz səhvlərini etiraf etməyə çağırıb
Digər ölkələr
24 Oktyabr , 2017 16:40
Əfqanıstan prezidenti: “Pakistan və Rusiya “Taliban” hərəkatına silah və pul verir”

Bakı. 24 oktyabr. REPORT.AZ/ “Pakistan və Rusiya “Taliban” hərəkatına silah, pul və başqa formalarda dəstək verir”.

“Report” CA-NEWS-a istinadən xəbər verir ki, bunu Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni ölkəsinin Paktiya əyalətinə səfəri zamanı deyib.

O, “Taliban”ı öz səhvlərini etiraf etməyə çağırıb.

Rusiya Xarici İşlər Nazirliyindən isə bildirilib ki, Əfqanıstan prezidentinin açıqlaması həqiqəti əks etdirmir və qəbuledilməzdir. 

Son xəbərlər

Orphus sistemi