Əfqanıstan Prezidenti Özbəkistana getdi

Əfqanıstan Prezidenti Özbəkistana getdi Əfqanıstan Prezidenti Əşrəf Qani Özbəkistanda ikigünlük səfərdədir
Digər ölkələr
15 İyul , 2021 09:57
Əfqanıstan Prezidenti Özbəkistana getdi
Əşrəf Qani

Əfqanıstan Prezidenti Əşrəf Qani Özbəkistanda ikigünlük səfərdədir.

“Report” “Tolonews”a istinadən xəbər verir ki, məlumatı Əfqanıstanın Prezident Administrasiyası yayıb.

Bildirilib ki, Əşrəf Qani Özbəkistanda “Mərkəzi və Cənubi Asiya: regional əlaqələr, problemlər və imkanlar” mövzusunda keçirilən zirvə toplantısında iştirak edəcək.

Sammitdə əsasən, iqtisadiyyat, təhlükəsizlik və mədəniyyət mövzuları müzakirə olunacaq. Toplantının başlıca hədəfi Mərkəzi və Cənubi Asiya ölkələri arasında tarixi əlaqələrin yenilənməsidir.

Zirvə toplantısına Pakistan və Hindistanın da Baş nazirləri dəvət olunublar.

Əfqanıstan Prezidentinin rəsmi nümayəndəsi Lətif Mahmudun sözlərinə görə, Əşrəf Qani Özbəkistan Prezidenti Şavkat Mirziyayevlə də iki tərəfli məsələləri, əsas iqtisadi layihələri müzakirə edəcək.

Son xəbərlər

Orphus sistemi