​Əfqanıstan prezidentinin müavininin evi yaxınlığında partlayış törədilib

​Əfqanıstan prezidentinin müavininin evi yaxınlığında partlayış törədilib Şerpur rayonundakı restoran yaxınlığında da partlayış olub
Digər ölkələr
20 Aprel , 2016 09:13
​Əfqanıstan prezidentinin müavininin evi yaxınlığında partlayış törədilib

Bakı. 20 aprel. REPORT.AZ/ Əfqanıstan prezidentinin müavini, general Abdulrəşid Dostumun yaşadığı evin yaxınlığında partlayış törədilib.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu haqda Əfqanıstan Müdafiə Nazirliyi və Təhlükəsizlik Xidməti məlumat yayıb.

İnformasiyaya əsasən, partlayış nəticəsində xəsarət alan olmayıb.

Xəbərdə bildirilib ki, ötən gecə ölkə paytaxtı Kabulun mərkəzində iki partlayış törədilib. Bundan başqa, Şerpur rayonundakı restoran yaxınlığında da partlayış olub. Bu, ötən gün səhər saatlarında törədilən partlayış gücündə olub.

Xatırladaq ki, aprelin 19-da səhər saatlarında Kabulun mərkəzi rayonlarında törədilən partlayış nəticəsində 28 nəfər həlak olub, 327 nəfər isə yaralanıb. Bu hücumun məsuliyyətini "Taliban" hərəkatı üzərinə götürüb. 

Son xəbərlər

Orphus sistemi