Yuxarı
    Bağlamaq

    Əfqanıstan prezidenti “Əfqan qızı” ölkəsində şəxsən qarşılayacaq

    Şərbət Qulu noyabrın 7-də Pakistandan deportasiya ediləcək

    Bakı. 4 noyabr. REPORT.AZ/ Pakistan “National Geographic” jurnalının üz qabığında fotosu dərc edilən “Əfqan qızı” Şərbət Qulunu noyabrın 7-də deportasiya edəcək.

    “Report” BBC-yə istinadən xəbər verir ki, Ş.Qulu saxta sənədlə Pakistan ərazisində qaldığı üçün 15 sutka həbsdə saxlanılıb, 1 100 dollar məbləğində cərimələnib.

    Əfqanıstan hakimiyyəti bildirib ki, ölkə prezidenti Əşrəf Qəni Əhmədzay onu şəxsən qarşılayacaq.

    Məlumata görə, 40 yaşlı Şərbət Qulu noyabrın 3-dən xəstəxanada Hepatit C virusundan müalicə olunur.

    Qeyd edək ki, Ş.Qulu fotosu 1985-ci ildə "National Geographic" jurnalının üz qabığında dərc edildikdən sonra məşhurlaşıb. Həmin fotonun müəllifi jurnalist Stiv Makkaridir. Şəkil Əfqanıstanda qaçqın düşərgəsində çəkilib və jurnalda "Əfqan qız" adı ilə dərc edilib. Fotonun müəllifi amerikalı fotoreportyor Stiv Makkaridir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi