Əfqanıstan paytaxtının atəşə tutulması nəticəsində ölən və yaralananların sayı artıb

Əfqanıstan paytaxtının atəşə tutulması nəticəsində ölən və yaralananların sayı artıb Əfqanıstanın paytaxtı Kabilin raket atəşinə tutulması nəticəsində azı 10 nəfər ölüb.
Digər ölkələr
688
22 Noyabr , 2020 09:37
Əfqanıstan paytaxtının atəşə tutulması nəticəsində ölən və yaralananların sayı artıb

Əfqanıstanın paytaxtı Kabilin raket atəşinə tutulması nəticəsində azı 10 nəfər ölüb.

“Report”un məlumatına görə, bu bartədə “Pajhwok” agentliyi Əfqanıstanın birinci Vitse-prezidenti Amrulla Salehə istinadən xəbər verib. Qeyd edilir ki, atəş nəticəsində 50-dən çox insan yaralanıb.

Daha əvvəl 1TV telekanalı Daxili İşlər Nazirliyinə istinadən səkkiz nəfərin öldüyünü, otuz bir nəfərin xəsarət aldıığını bildirib.

Əfqanıstan paytaxtına ümumilikdə 23 raket buraxılıb. Şəhərin bir neçə rayonu atəşə məruz qalıb. Raketlərdən biri İranın Kabildəki səfirliyinin ərazisinə düşüb, lakin diplomatik korpusun əməkdaşlarından xəsarət alan olmayıb.

Son xəbərlər

Orphus sistemi