​Əfqanıstan paytaxtında partlayış nəticəsində bir nəfər ölüb, 4 nəfər xəsarət alıb

​Əfqanıstan paytaxtında partlayış nəticəsində bir nəfər ölüb, 4 nəfər xəsarət alıb İlkin məlumata görə, terrorçuların hədəfi xarici Silahlı Qüvvələrin avtomobil karvanı olub
Digər ölkələr
28 Dekabr , 2015 09:55
​Əfqanıstan paytaxtında partlayış nəticəsində bir nəfər ölüb, 4 nəfər xəsarət alıb

Bakı. 28 dekabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Əfqanıstanın paytaxtı Kabulda hava limanında baş verən partlayış nəticəsində bir nəfər ölüb, 4 nəfər xəsarət alıb.

"Report" "Associated press"ə istinadən xəbər verir ki, bunu Əfqanıstan Daxili İşlər Nazirliyinin təmsilçisi Sedik Sediki bildirib.

Onun sözlərinə görə, hadisə içərisində partlayıcı qurğu olan avtomobilin partladılması nəticəsində baş verib.

İlkin xəbərə görə, terrorçuların hədəfi xarici Silahlı Qüvvələrin avtomobil karvanı olub.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi