Yuxarı

Əfqanıstanda terror nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb - YENİLƏNİB

Parlamentin binası yaxınlığında törədilən terror aktının məsuliyyətini Taliban hərəkatı üzərinə götürüb

Bakı. 1 fevral. REPORT.AZ/ Əfqanıstan paytaxtı Kabulda parlament binasının yaxınlığında törədilən partlayış nəticəsində 10 nəfər ölüb, 20 nəfər isə yaralanıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu haqda Əfqanıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Məlumata görə, terrorun məsuliyyətini "Taliban" hərəkatı üzərinə götürüb.

*** 14:26

Əfqanıstan paytaxtı Kabulda parlament binasının yaxınlığında törədilən partlayış nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu haqda Əfqanıstanın "Pajhwok" agentliyi məlumat yayıb.

Məlumata görə, terrorçu kamikadze özünü parlamentin binası yaxınlığıdakı kompleksdə partladıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi