Əfqanıstan hökuməti "Taliban" ilə danışıqlar aparmağa hazırdır

Əfqanıstan hökuməti "Taliban" ilə danışıqlar aparmağa hazırdır Əfqanıstan "Taliban"ın Pakistanı vasitəçi kimi görmək istəyəcəyi təqdirdə onlarla danışıqlar aparmağa hazırdır
Digər ölkələr
21 Yanvar , 2019 11:48
Əfqanıstan hökuməti Taliban ilə danışıqlar aparmağa hazırdır
The Express Tribune

Bakı 21 yanvar. REPORT.AZ/ Rəsmi Kabil Pakistanın vasitəçiliyi sayəsində "Taliban" hərəkatı ilə danışıqlar aparmağa hazırdır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Prezidenti Əşrəf Qəni bildirib.

"Taliblərin iki əsas variantı var: birincisi, müxtəlif danışıqlarda Pakistan və ya başqa bir regional ölkə ilə təmsil olunmaq; ikincisi, müstəqil şəkildə çıxış etmək", - Ə.Qəni deyib.

Onun sözlərinə görə, Əfqanıstan hökuməti "Taliban"ın Pakistanı vasitəçi kimi görmək istəyəcəyi təqdirdə onlarla danışıqlar aparmağa hazırdır.

Eyni zamanda, Prezident taliblərin əfqan xalqının bir hissəsi olmaq istəyəcəyi təqdirdə birbaşa dialoq aparmasının daha yaxşı olacağını söyləyib.

Son xəbərlər

Orphus sistemi