Əfqanıstan ordusu "Taliban" liderlərindən birini zərərsizləşdirib

Əfqanıstan ordusu "Taliban" liderlərindən birini zərərsizləşdirib Əfqanıstan milli ordusunun 209-cu korpusunun Mətbuat mərkəzinin rəhbəri Hanif Rezai radikal Taliban hərəkatının əsas komandirlərindən biri Məvlavi Nuriddinin zərəsizləşdirildiyini bildirib.
Digər ölkələr
1 Dekabr , 2019 10:03
Əfqanıstan ordusu Taliban liderlərindən birini zərərsizləşdirib

Əfqanıstan milli ordusunun 209-cu korpusunun Mətbuat mərkəzinin rəhbəri Hanif Rezai radikal "Taliban" hərəkatının əsas komandirlərindən biri Məvlavi Nuriddinin zərəsizləşdirildiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə "İnterfax" məlumat yayıb.

"Minqacik rayonu ərazisində "taliblər"in hökumət mövqelərinə hücumundan sonra 1 saatdan çox davam edən silahlı toqquşma nəticəsində Nuriddinlə birlikdə beş silahlı öldürülüb, daha yeddi döyüşçü, həmçinin səhra komandiri yaralanıb", - deyə o bildirib.

Rezai qeyd edib ki, toqquşmadan sonra silahlılar itki verərək geri çəkiliblər.

Son xəbərlər

Orphus sistemi