Əfqanıstan ordusu sutka ərzində 70 yaraqlını məhv edib

Əfqanıstan ordusu sutka ərzində 70 yaraqlını məhv edib ​"Ötən sutka ərzində ölkənin müxtəlif bölgələrində 70 terrorçu öldürülüb, 43-ü yaralanıb və bir terrorçu saxlanılıb"
Digər ölkələr
31 Avqust , 2015 15:51
Əfqanıstan ordusu sutka ərzində 70 yaraqlını məhv edib

Bakı. 31 avqust. REPORT.AZ/ Ötən sutka ərzində Əfqanıstan ordusunun həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində 70-ə yaxın yaraqlı zərərsizləşdirilib, 8 hərbçi həlak olub. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Ötən sutka ərzində ölkənin müxtəlif bölgələrində 70 terrorçu öldürülüb, 43-ü yaralanıb və bir terrorçu saxlanılıb. Aparılan əməliyyatlarda 8 əfqan hərbçisi həlak olub", - ölkənin Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

Müdafiə Nazirliyinin məlumatına görə, hərbçilər son sutka ərzində bir neçə bombanı aşkar edərək zərərsizləşdirib və külli miqdarda silah-sursat ələ keçirib.

Son xəbərlər

Orphus sistemi