Əfqanıstan ordusu ölkənin cənubunda 50-dən çox talib yaraqlısını öldürüb

Əfqanıstan ordusu ölkənin cənubunda 50-dən çox talib yaraqlısını öldürüb Hərbçilərin əsas hədəfi yaraqlıların Laşkargah, Nad Əli və Nehr-e-Siraj qəzalarındakı dəstələri olub
Digər ölkələr
27 Oktyabr , 2016 12:04
Əfqanıstan ordusu ölkənin cənubunda 50-dən çox talib yaraqlısını öldürüb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Əfqanıstanın hökumət qüvvələri ölkənin cənubundakı Hilmənd vilayətində "Taliban" radikal hərəkatının 50-dən çox yaraqlısını öldürüb.

"Report" TASS-a istinadən xəbər verir ki, həm Quru Qoşunlarının, həm də aviasiyanın iştirak etdiyi əməliyyat bir həftədən çoxdur davam edir. Hərbçilərin əsas hədəfi yaraqlıların Laşkargah, Nad Əli və Nehr-e-Siraj qəzalarındakı dəstələri olub.

Qeyd edək ki, son zamanlarda Əfqanıstan şərq və cənub vilayətlərində - Lövgər, Nəngarhar, Hilmənddə, eləcə də ölkənin şimalında - Kunduz, Cövzcan və Pərvan vilayətlərində ekstremistlərin mövqelərində əhəmiyyətli güclənmə hiss olunur.

Son xəbərlər

Orphus sistemi