​Əfqanıstan ordusu 50-yə yaxın "Taliban" silahlısını zərərsizləşdirib

​Əfqanıstan ordusu 50-yə yaxın "Taliban" silahlısını zərərsizləşdirib Silahlı qarşıdurma nəticəsində Əfqanıstan ordusunun 2 hərbçisi həlak olub
Digər ölkələr
6 May , 2015 12:48
​Əfqanıstan ordusu 50-yə yaxın Taliban silahlısını zərərsizləşdirib

Bakı. 6 may. REPORT.AZ/ Əfqanıstan Silahlı Qüvvələri son sutka ərzində "Taliban" hərəkatının azı 44 silahlısını zərərsizləşdirib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Əfqanıstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, aparılan əməliyyatlar nəticəsində "Taliban"ın 35 silahlısı yaralanıb. Son sutka ərzində hərbçilər 6 əldəqayırma partlayıcı qurğunu da zərərsizləşdiriblər.

Silahlı qarşıdurma nəticəsində Əfqanıstan ordusunun 2 hərbçisi həlak olub. 

Son xəbərlər

Orphus sistemi